Alimdən HƏYƏCAN TƏBİLİ: “Sahibsiz itlər Abşeronda 70% insanı ağır xəstəliyə yoluxdurub”

Alimdən HƏYƏCAN TƏBİLİ: “Sahibsiz itlər Abşeronda 70% insanı ağır xəstəliyə yoluxdurub”

Hazırda oxunan: Alimdən HƏYƏCAN TƏBİLİ: “Sahibsiz itlər Abşeronda 70% insanı ağır xəstəliyə yoluxdurub”

124641

“İtlər ən təhlükəli infeksion və invazion xəstəliklərin yayıcısıdır”.

Bunu Bizim.Media-ya Abşeron yarımadasında son vaxtlar çoxalmaqda olan sahibsiz itlər barədə danışarkən AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Reyhan İbrahimova deyib.

Alim bildirib ki, itlər ilin bütün fəslində təbiətdə olurlar. Təbiəti ifrazatlarında olan parazit qurdlarla çirkləndirirlər:

“Sahibsiz itlər ətraf mühitdə parazitar çirklənmə yaradırlar. Bundan başqa parazit qurdlarının yumurtalarıyla gövşəyən ev heyvanlarını və insanları qorxulu xəstəliklərə yoluxdururlar. Son illərdə şəhər ətrafında yaradılmış fərdi heyvandarlıq təsərrüfatlarında atılan qida artıqları hesabına sahibsiz itlər Abşeron yarımadasında xüsusilə çoxalıb. Fermaların artması sahibsiz itlərin də çoxalmasına səbəb olub. Nəticədə parazitar qurdlar bu ərazidə tüğyan edir”.

Yoluxanların 30 faizinin həyatını xilas etmək mümkün olmur.

Reyhan İbrahimova onu da əlavə edib ki, hazırda Abşeron yarımadasında yaşayan insanların çoxu qurd xəstəliyindən əziyyət çəkir:

“Bu xəstəliyin mənbəyi isə birbaşa sahibsiz itlərdir. Unutmayaq ki, parazitar qurd xəstəliyinə yoluxanlarının ən azı 30 faizinin həyatını xilas etmək mümkün olmur. Təsadüfi deyil ki, son vaxtlar Bakıda parazitar qurd xəstəliyindən ölüm sayı da çoxalıb.
Bəzi yoluxmaların nəticəsini ancaq cərrahiyyə yolu ilə aradan qaldırmaq olur. Hazırda dünya əhalisinin 70 faizi parazit qurd xəstəliyindən əziyyət çəkir”.

Baş elmi işçi bir vacib məqamı da xatırlatdıb: 

“İtlərdə bir xüsusiyyət var. Onlar özlərini yalayırlar. Yalayarkən anus ətrafında olan parazitləri bütün bədənlərinə yayırlar. Sonradan tüklərin arasındakı parazitlərdən yumurtalar yetişir. İnsanlar, ələlxüsus da uşaqlar itləri tumarlayarkən exnakok və digər qorxulu xəstəliklərə yoluxurlar. Ona görə də sahibsiz itləri insanlar yaşayan ərazilərdən çıxartmaq lazımdır. Sahibsiz itlərlə çox ehtiyatlı davranmaq lazımdır.

Bir faktı deyim. Ötən il Əhmədlidə bir tanışımın 6 yaşlı uşağı iti tumarlamaqla exnakok xəstəliyinə yoluxmuşdu. Uşağın beynində qurd var idi. Neyrocərrahiyyə İnstititunda həkimlərimizin böyük şücaəti sayəsində uşaq ölümün pəncəsindən qurtuldu”.

Sahibsiz itlər daha çox gövşəyən heyvanlarla ünsiyyətdə olurlar.

Reyhan İbrahimova təəssüflə qeyd etdi ki, parazitar qurda yoluxan malqaranın əti, südü və digər məhsulları ilə də xəstəlik insanlara keçir:

“Sahibsiz itləri mal-qara saxlanılan və kəsilən yerlərə qətiyyən yaxın buraxmaq olmaz. İtlər örüşlərə və yem axurlarına ifraz edərkən parazit qurdların süfrələrini də həmin yerə qoyurlar. Ot yeyən heyvan da asanlıqla o parazit qurdlara yoluxur. Sonradan yoluxma ət və südlə insanlara keçir.
Başqa bir dəhşətli fakt ondan ibarətdir ki, sahibsiz itlər hara gəldi ifrazat buraxırlar. Abşeron da küləkli ərazidir. Külək də qurumuş it ifrazatını havaya qaldırır. O havanı da bizlər uduruq. Ona görə də sahibsiz itləri təcili olaraq Abşeron yarımadasından çıxartmaq lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO