İranda kimyəvi hücum nəticəsində iki azərbaycanlı qız həyatını İTİRDİ

İranda kimyəvi hücum nəticəsində iki azərbaycanlı qız həyatını İTİRDİ

Hazırda oxunan: İranda kimyəvi hücum nəticəsində iki azərbaycanlı qız həyatını İTİRDİ

124534

Martın 16-da Güney Azərbaycanın Mərənd şəhərindəki “Həzrəti Ruqəyyə” orta məktəbinə SEPAH terrorçuları tərəfindən kimyəvi hücum edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib. 

Bildirilib ki, ağır kimyəvi hücumdan sonra bir çox şagird xəstəxanaya aparılıb və iki gün keçməsinə baxmayaraq hələ də xəstəxanadan buraxılmayıblar və vəziyyətlərinin kritik olduğu bildirilir. 

Sözügedən məktəbin xəstəxanaya yerləşdirilən onlarla şagirdindən ikisi martın 17-də dünyasını dəyişib.  

Fatimə Mehdizadə və Şəbnəm Cəmşidi adlı bu iki qız İslam Respublikası terrorunun qurbanı olublar. 

Həmçinin bildirilib ki, bu iki qızcığazın ölümündən sonra onların ailələrinə xüsusi şəkildə hədə-qorxu gəlinib və məsələnin ictimailəşdirilməsinə qadağa qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO