“Unibank”dan  “Nərimanov” filialında baş verən insidentlə bağlı AÇIQLAMA

“Unibank”dan  “Nərimanov” filialında baş verən insidentlə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Unibank”dan  “Nərimanov” filialında baş verən insidentlə bağlı AÇIQLAMA

124515

“Bir sıra xəbər saytlarında “Unibank” mühafizəçisinin döyülməsi haqda yayılmış məlumatlarla bağlı bildiririk ki, Bankın Təbriz küçəsi 94 ünvanında yerləşən “Nərimanov” filialında hər hansı insident qeydə alınmayıb”.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə “Unibank”ın yaydığı məlumatda deyilir.

Məlumatda bankın, ümumiyyətlə, Bağırov Lətif İsmayıl oğlu adlı əməkdaşının olmadığı bildirilib.

“Media orqanlarından Media qanunvericiliyinə və media etikasına uyğun olaraq, “Unibank”la bağlı hər hansı xəbəri yazmazdan əvvəl bankdan və yaxud xəbərin təyinatına uyğun olaraq, aidiyyatı rəsmi qurumlardan dəqiqləşdirməyi xahiş edirik”, - deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO