"NTD" basketbolçularından NÖVBƏTİ QƏLƏBƏ - FOTO

Hazırda oxunan: "NTD" basketbolçularından NÖVBƏTİ QƏLƏBƏ - FOTO

124473

8 mart tarixində "Sərhədçi" İdman Mərkəzində, Basketbol üzrə ölkə çempionatında 21-ci turun açılış oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, oyuna "NTD" basketbolçuları “Neftçi İK” ilə görüşə üstün başlayıblar.

Yekunda “NTD” rəqibi üzərində 109-80 hesablı qələbəyə sevinib.  

Oyunun ən məhsuldar basketbolçularının statistikası isə bu cürdür:  

"Neftçi İK" (Yuri Kondrakov - 26 xal, 5 ribaund ), "NTD BK" ( Kuinton Kempbel - 26 xal, 7 ribaund). 

Qeyd edək ki, 21-ci turun digər oyunları ( "AAAF Xırdalan BK" - "Zirvə Astara BK", "Gəncə BK - "Sərhədçi PİK", "Olimpik Şəki BK" - "Sabah BK" ) 9, 11 və 12 mart tarixlərində keçiriləcək. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO