“Latviya və Azərbaycan strateji tərəfdaşlardır” – İlham Əliyev 

“Latviya və Azərbaycan strateji tərəfdaşlardır” – İlham Əliyev 

Hazırda oxunan: “Latviya və Azərbaycan strateji tərəfdaşlardır” – İlham Əliyev 

124446

“Latviya və Azərbaycan strateji tərəfdaşlardır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanı iqtisadi əlaqələrdə yaxın tərəfdaş kimi görürük” - Latviya prezidenti


"Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır.

Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür. Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub", - deyə Dövlət başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO