Azərbaycan çempionu Özbəkistanda mübarizə aparır

Azərbaycan çempionu Özbəkistanda mübarizə aparır

Hazırda oxunan: Azərbaycan çempionu Özbəkistanda mübarizə aparır

124420

Özbəkistanın paytaxtı Daşkənd şəhərində 8 mart beynəlxalq qadınlar gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.

Bizim.Media xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra yarış cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.

9 turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır. 

Qeyd edək ki,  yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO