ABŞ -ın kosmosdan çəkdiyi şəkillər insanları heyrətə gətirib - FOTO

ABŞ -ın kosmosdan çəkdiyi şəkillər insanları heyrətə gətirib - FOTO

Hazırda oxunan: ABŞ -ın kosmosdan çəkdiyi şəkillər insanları heyrətə gətirib - FOTO

124378

Qlobal iqlim dəyişikliyinin təsiri ilə Türkiyənin Şərqindəki Van gölü sürətlə qurumağa başlayıb. ABŞ-ın Aviasiya və Kosmik Agentliyinin kosmosdan çəkdiyi şəkillər insanları heyrətə gətirib. Məlum olub ki, Van gölündə quruma prosesi son aylar daha da sürətlənib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, elm adamları Van gölündə yaranmış vəziyyəti 'iqlim böhranı' olaraq qiymətləndirilməsini istəyirlər. “Yağışların çox olduğu illərdə belə, Van gölünün quruması, su səviyyəsinin azalması davam edəcək. Göldə su artsa belə bu müvəqqəti olacaq. İqlim dəyişikliyi yağışların formasını dəyişir. Mövsümlər arasında yağıntıların keçidində fərqlilik yaradır.

Yağıntıların miqdarını azaldır, düşən yağıntıların buxarlanaraq atmosferə qarışmasına səbəb olur. Bu, Vanda balansa mənfi təsir göstərir. Ona görə də Vanda suyun səviyyəsi getdikcə daha da aşağı düşəcək”- deyə türkiyəli elm adamları bu qənaətə gəliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO