Qubada Qadınlar günü münasibətilə TƏDBİR KEÇİRİLDİ - FOTO 

Qubada Qadınlar günü münasibətilə TƏDBİR KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Qubada Qadınlar günü münasibətilə TƏDBİR KEÇİRİLDİ - FOTO 

124294

Qubada 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "Ulu öndər Heydər Əliyev və Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu "mövzusunda tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba şəhərindəki Heydər Əliyev mərkəzində keçirilən tədbirdə milli lider Heydər Əliyevin,Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizin,Türkiyədə zəlzələdə həyatını itirən 46 mindən çox insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı kimi tarixə düşməsindən və 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gəlməsindən danışaraq müstəqil Azərbaycanın bir dövlət kimi ayaq üstə durmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
Z. Əliyev qeyd edib ki, Azərbaycan həmişə müxtəlif sahələrdə öz güclü qadınları ilə fəxr edib. Belə qadınlardan olan Azərbaycanın məşhur oftalmotoloq alimi Zərifə Əliyevanın oftalmologiya sahəsində gördüyü işləri xatırladan Ziyəddin Əliyev onun tibb sahəsinə gətirdiyi yeniliklərdən söz açıb.

İcra başçısı ötən əsrin ortalarında-sovet dövründə səhiyyə naziri vəzifısində çalışan Kübra Fərəcovanın Quba rayonunun yetirməsi olduğunu söyləyib. Ziyəddin Əliyev məclisdə iştirak edən şəhid analarına, ailə üzvlərinə öz ehtiramını və hörmətini izhar edib.

Quba rayon rəhbəri bu tədbirin və qarşıdan gələn Novruz bayramı tədbirinin musiqisiz keçiriləcəyini açıqlayıb.

Bildirib ki, bu, qardaş ölkədə baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ ilə bağlıdır.

Quba İcra Hakimiyyətinin YAP-ın rayon təşkilatı ilə birgə keçirdiyi tədbirdə rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, İcra Hakimiyyəti yanında İstimai Şuranın sədri Laçın Səfərəliyev, yerli YAP sədri çıxış edərək rayon qadınlarını, xüsusən şəhid analarını Qadınlar bayramı münasibəti ilə təbrik ediblər.
Bizim.Media-nın əməkdaşı Aytəkin Alxaslı çıxışında həmişə borclu olduğumuz şəhid analarının hər birini hörmətlə salamlayaraq onları və bütün rayon qadınlarını təbrik edib.

Tədbirin sonunda şəhid analarına, ailərinin qadın üzvlərinə və digər fəal qadınlara Quba İcra Hakimiyyəti tərəfindən gül dəstələri və hədiyyələr təqdim edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO