ÇXR-in xüsusi nümayəndəsi: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”

ÇXR-in xüsusi nümayəndəsi: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”

Hazırda oxunan: ÇXR-in xüsusi nümayəndəsi: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”

124291

“Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında ölkəmizin iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar onlarda böyük təəssürat hissi doğurur”.

Bizim.Media xəbər verir ki, bunu Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdıran Vu Honqbo Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdəndir"


Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd etdi.

Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı onun səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq dünya səviyyəsində tanınmış mərkəzlərdən biri olduğunu qeyd etdi, burada beynəlxalq sülh və təhlükəsizlik gündəliyində duran çox vacib müzakirələrin aparıldığını dedi və Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzuladı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO