Bakıdan Trabzona təyyarə reysi açılır

Bakıdan Trabzona təyyarə reysi açılır

Hazırda oxunan: Bakıdan Trabzona təyyarə reysi açılır

124271

“AZAL” QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti Bakıdan yeni marşrut açır. Mayın 4-dən etibarən aviaşirkət Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirəcək.

Bu barədə Bizim.Media-ya “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat verib.

Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır.

Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.
“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO