Samirə şiddətə məruz qaldığını açıqladı - FOTO

Samirə şiddətə məruz qaldığını açıqladı - FOTO

Hazırda oxunan: Samirə şiddətə məruz qaldığını açıqladı - FOTO

124265

Azərbaycanı 2020 və 2021-ci illərdə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Samirə Əfəndinin başına xoşaqəlməz iş gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi “Hyundai” markalı 77 DV 916 dövlət nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən təhqir olunduğunu bildirib. 

Əfəndi baş verən hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində paylaşmağa utanıram. Çünki izləyicilərimin 70 faizi əcnəbilərdir. Buna göz yummaq, susmaq olmaz. Artıq bəsdir! “Bolt” və “Uber”, siz sürücüləri nəyə əsasən işə götürürsünüz? Sürücülük vəsiqəsi varsa, olar? Məncə, kökündən elə sürücülük vəsiqəsi verilməzdən əvvəl bu sürücülər psixoloji testlərdən keçməlidir. Mənim kimi səbrli insanı səbrsiz, əsəb xəstəsi ediblər. Etdiyim şikayəti nə geri götürərəcəyəm, nə də ki, boş verəcəyəm.

Bu dəfə bəsdir. Pəncərəni açıb söyüş söymək, tüpürmək, siqaret, zibili çəkib pəncərədən atmaq, hara kimi? Bunlara niyə bu qədər sərbəstlik verilib?! Polislərimizdən xahiş edirəm ki, şikayətim üzrə tədbir görülsün. Bura gəlirsən bir dərd, gedirsən bir dərd. Məncə, qadınlara qarşı bu qədər hörmətsizliyə son verilsin. Şokdayam”.
Qeyd edək ki, ötən günlərdə müğənni Nigar Camal da sürücü tərəfindən şiddətə məruz qalmışdı. Onun avtomobilinin güzgüsü sındırılmışdı. Həmin şəxs hüquq muhafizə orqanları tərəfindən saxlanılaraq, 15 gün azadlıqdan məhrum edilmişdi.


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO