Güclü külək Ağdam rayonunda bir sıra fəsadlar törədib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, külək nəticəsində rayonun müxtəlif ərazilərində evlərdə və yardımçı binalarda dam örtükləri qopub, işıq dirəkləri aşıb.
Qeyd olunan hallar əsasən rayonun Ayaq Qərvənd, Baharlı qəsəbələri və bir neçə kənddə baş verib.
Hazırda rayonda fəsadların aradan qaldırılması ilə bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu