“Bu gün çox əlamətdar bir gündür. Rəsmi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisinə başlayırıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri tikitini işlərini aparan Qazaxıstanın “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev Azərbaycan jurnalistlərinə açıqlamasında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstanın Füzulidə tikəcəyi incəsənət məktəbinin TƏMƏLİ QOYULDU - FOTO
Onun sözlərinə görə, bu qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir:
“Mərkəz işğaldan azad edilən ərazidə Qazaxıstan prezidenti Kasım Comərd-Tokayevin göstərişilə tikilir. Bizim üçün böyük şərəfdir ki, belə missiyasını həyata keçiririk”.
Tehran Orucoğlu, Bizim.Media