DSMF və İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən istifadə ilə bağlı YENİ QAYDA 

DSMF və İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən istifadə ilə bağlı YENİ QAYDA 

Hazırda oxunan: DSMF və İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən istifadə ilə bağlı YENİ QAYDA 

124210

Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitləri investisiya kimi istifadə oluna biləcək.  

Bizim.Media xəbər verir ki, bununla bağlı “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, qanunlara yeni bənd əlavə edilir.   

Müvafiq bənddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işsizlikdən sığorta fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır.  

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.  

Fondların sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.  
Hər iki layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO