DYP-dən yararsız avtomobillərlə bağlı AÇIQLAMA - VİDEO

DYP-dən yararsız avtomobillərlə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: DYP-dən yararsız avtomobillərlə bağlı AÇIQLAMA - VİDEO

124180

DYP yararsız avtomobillərlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin Bizim.Media-ya verdiyi məlumata görə, son zamanlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobus sürücülərinin törətdiyi yol nəqliyyat hadisələrinin sayının çoxluğu və bu hadisələr nəticəsində çoxsaylı sərnişinlərin ölməsi və ya xəsarət alması səbəbindən ötən gün Masallı rayonunda sərnişin daşınması fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirilib. 

Tədbirin əsas məqsədi sərnişinlərin rahat və təhlükəsiz daşınmasının yoxlanılması olub. 

Tədbir zamanı marşrut xətti üzrə hərəkətdə olan bir çox nəqliyyat vasitəsinin  yararsız halda olması və sərnişin təhlükəsizliyi üçün lazımı avadanlıqlarının olmaması müəyyən edilib, həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb. 
Bütün Respublika üzrə qeyd olunan tədbirlərin keçirilməsi davam etdiriləcək.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO