Təhsil İnstitutu 10 məktəb direktorunu bir araya topladı - TƏFƏRRÜAT

Təhsil İnstitutu 10 məktəb direktorunu bir araya topladı - TƏFƏRRÜAT

Hazırda oxunan: Təhsil İnstitutu 10 məktəb direktorunu bir araya topladı - TƏFƏRRÜAT

124070

Təhsil İnstitutu məktəb əsaslı metodik xidmətin formalaşdırılması işlərini davam etdirərək daha 10 məktəbdə Məktəbin İnkişaf Planının (MİP) hazırlanması prosesinə başlayıb.

ARTİ-dən Bizim.Media-ya bildirilib ki, bununla əlaqədar olaraq ARTİ-nin direktoru Rüfət Əzizovun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin (MDPİM) direktoru Nəzakət Mehdiyeva, MDPİM əməkdaşları və müvafiq məktəblərin (91, 111, 159, 162, 238, 242, 260, 265, 276, 284 nömrəli) direktor və direktor müavinləri ilə görüşü keçirilib.

Görüşün məqsədi məktəblərin rəhbərlərini MİP-in yazılması və icra prosesi ilə tanış etmək, atılacaq addımları planlaşdırmaq idi. Görüşdə ARTİ nin direktoru Rüfət Əzizov çıxış edərək MİP-in hazırlanmasının məqsədi və üstünlükləri haqqında danışmış, bu sahədə ARTİ-nin təcrübəsini paylaşıb və məktəb rəhbərlərinə lazımi tövsiyələr verib. Həmçinin MİP-in yazılması və icrası zamanı qarşılıqlı əməkdaşlığın necə qurulacağı haqqında danışıb.
Görüşdə MDPİM in direktoru Nəzakət Mehdiyeva da çıxış etmiş, direktorlara məktəblərdə yaradılacaq MİP komandasının tərkibi və fəaliyyəti haqqında məlumat vermişdir. Daha sonra məktəblərin idarə heyətinin onları maraqlandıran sualları cavablandırılmış, ARTİ-nin MİP məktəblərinə göstərəcəyi metodik dəstəyin forma və məzmunu müzakirə edilib.

Görüşün sonunda qeyd edilən məktəblərdə metodik dəstəyin başlanma tarixləri müəyyənləşdirilib.

Qeyd edək ki, ARTİ-nin TKTA tərəfindən inspeksiya olunmuş məktəblərlə MİP-in hazırlanması və icrası sahəsində fəaliyyətinə artıq keçən tədris ilindən başlanılıb və bu il məktəblərin sayı 20-yə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO