Fransa Rusiya idmançılarının Paris-2024-də iştirakını istəyir

Fransa Rusiya idmançılarının Paris-2024-də iştirakını istəyir

Hazırda oxunan: Fransa Rusiya idmançılarının Paris-2024-də iştirakını istəyir

124066

Dünya idman ictimaiyyəti Rusiya idmançılarının gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşı çıxdığı bir vaxtda fransızlar başqa fikirdədir. 

Bizim.Media xəbər verir ki, "Odoxa”nın keçirdiyi sorğunun nəticələrinə görə, Fransa sakinlərinin 72 faizi rusiyalı idmançıların Paris Olimpiadasında iştirak etməsini istəyir. 

Onların 44 faizinin fikrincə, ruslar neytral statusda Olimpiadada mübarizə aparmalıdır. 28 faizi isə hesab edir ki, bu ölkənin atletləri öz bayraqları ilə 4 illiyin nəhəng yarışına qatılmalıdır. 
Xatırladaq ki, Paris Olimpiadası gələn il iyulun 26-dan avqustun 11-nə qədər keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO