Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olundu – YENİLƏNİB - FOTO

Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olundu – YENİLƏNİB - FOTO

Hazırda oxunan: Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olundu – YENİLƏNİB - FOTO

124038

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Eşqin Hüseynov dəfn olunub.

Bizim.Media xəbər verir ki, onun cənazəsi Hunanlar kənd qəbiristanlığında torpaqa tapşırılıb. 

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak ediblər.

*** 14:26

Ötən gün qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Tovuz rayonundan olan 22 yaşlı Eşqin Cəmil oğlu Hüseynovun cənazəsi doğulduğu Hünanlar kəndinə gətirilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhidin Hünanlar kəndində vida mərasimi keçirilib. 

Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, qohumlar iştirak edirlər. 

Eşqin Hüseynov Hünanlar kənd  qəbirstanlığında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, şəhidin atası Cəmil Hüseynov Birinci Qarabağ Müharibəsi iştirakçısıdır. Ailənin böyük oğlu da hərbçidir, Naxçıvanda qulluq edir.
Eşqin ailənin 2-ci oğlu idi. 2 qardaş,1 bacıdırlar. Mərhum Eşqin Hüseynov müddətdən artıq hərbi qulluqçu idi.


































Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO