Pakistanda partlayış: 9 polis əməkdaşı həlak oldu

Pakistanda partlayış: 9 polis əməkdaşı həlak oldu

Hazırda oxunan: Pakistanda partlayış: 9 polis əməkdaşı həlak oldu

124031

Pakistanda polis avtobusunun partladılması nəticəsində hüquq-mühafizə orqanlarının doqquz əməkdaşı həlak olub, 13 nəfər yaralanıb.

Bizim.Media “Dawn” qəzetinə istinadən xəbər verir ki, partlayış martın 6-da Bəlucistan əyalətində Kaçni və Sibi rayonlarını birləşdirən körpüdə baş verib. 

İlkin versiyaya görə, terrorçu-kamikadze avtobusun yaxınlığında özünü partladıb.

Yaralılar xəstəxanaya çatdırılıb, hadisə yeri əhatəyə alınıb, oraya istehkamçılar cəlb olunub. Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO