Azərbaycan hərbi gücünə görə dünyada 57-ci yerdədir

Azərbaycan hərbi gücünə görə dünyada 57-ci yerdədir

Hazırda oxunan: Azərbaycan hərbi gücünə görə dünyada 57-ci yerdədir

124004

Azərbaycan ordusu öz hərbi gücünə görə “Global Firepower” reytinqində 145 ölkə arasında 57-ci yerdədir.

Bizim.Media globalfirepower.com saytına istinadən xəbər verir ki, reytinq ordunun və hərbi hissələrin sayı, müdafiə xərcləri, döyüş arsenalının miqdarı və ordunun döyüş qabiliyyətinə təsir edən digər 60 müxtəlif faktor əsasında tərtib olunub.

Reytinqin ilk beşliyində ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniya qərarlaşıb. Azərbaycan siyahıda 57-ci yeri tutur.
Türk Dövlətləri Təşkilatının digər üzvləri - Türkiyə 11-ci, Özbəkistan 62-ci, Qazaxıstan 63-cü, Türkmənistan 82-ci, Qırğızıstan isə 107-ci sırada yer alıb.

Reytinq cədvəlinə əsasən, Pakistan 7-ci, Ukrayna 15-ci, İran 17-ci, İsrail 18-ci, Gürcüstan 85-ci, Ermənistan isə 94-cü pillədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO