Oğuzda qəbristanlıqda 60 ağac kəsilib – FOTO

Oğuzda qəbristanlıqda 60 ağac kəsilib – FOTO

Hazırda oxunan: Oğuzda qəbristanlıqda 60 ağac kəsilib – FOTO

123954

Oğuz rayonunun Muxas kəndindəki qədim qəbristanlıqda 60-a yaxın müxtəlif ağac kəsilib ki, onlardan da 18-i irigövdəlidir.  

Bizim.Media-nın yerli bürosu ilə söhbətində Muxas kənd bələdiyyəsinin sədri Ramiz Məmmədov bildirib ki, faktı aşkar edən kimi polisə məlumat verilib.

Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib.

Xatırladaq ki, qanunsuz ağac kəsmə faktı kəndin iki müxtəlif ərazisində yerləşən qədim qəbristanlıqlarda da qeydə alınıb. 

Faktla bağlı həm Regional ekologiya idarəsi, həm də rayon polis şöbəsi araşdırmalar aparır. 



Tural Rasim Oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO