Moldova mətbuatı separatçıların Qarabağda törətdiyi təxribatdan yazdı - FOTO

Moldova mətbuatı separatçıların Qarabağda törətdiyi təxribatdan yazdı - FOTO

Hazırda oxunan: Moldova mətbuatı separatçıların Qarabağda törətdiyi təxribatdan yazdı - FOTO

123922

Moldovanın nüfuzlu xəbər portalları Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində törətdiyi təxribata dair məqalələr dərc edib.

Bizim.Media xəbər verir ki, “Noi”, “Jurnal1” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin erməni təxribatı ilə bağlı yaydığı bəyanatdakı fikirlər yer alıb. Qeyd olunur ki, martın 5-də erməni silahlı birləşmələrinin törətdiyi təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Məqalələrdə, həmçinin qeyd olunur ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunub. Həmin marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə Rusiya sülhməramlı kontingentinin komandanlığını, beynəlxalq ictimaiyyəti xəbərdar edib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO