Xəbər verdiyimiz kimi bu gün Bakı Dövlət Sirkində qorxulu anlar yaşanıb. Belə ki, proqram zamanı şir və pələnglər aqressivlik nümayiş etdiriblər.
Bizim.Media Qafqazinfo-ya istinadən Bununla bağlı Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva bildirib ki, hadisə tamaşaçının təhlükəsizlik qaydalarını pozmasına görə olub.
Onun sözlərinə görə, tamaşa zalında bir neçə tamaşaçı lazeri heyvanın üzərinə salıb:
"Təlim görən heyvanlar olduğu üçün hansısa artıq hərəkət, reaksiya onları narahat edir. Belə hal da həmin pələnglərin aqressivləşməsinə səbəb olub. Tamaşaçı təhlükəsizlik tədbirlərini pozub.
Hətta təlimçi də qeyd edir ki, 20 ildir ki, onun göstərdiyi proqramlarda belə hadisə yaşanmayıb. Tamaşaçı lazeri dəfələrlə heyvanların üzərinə salıb. Buna görə sizin vasitənizlə demək istəyirik ki, tamaşaçılar salonda qeyd olunan təhlükəsizlik tədbirlərinə əməl etsinlər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:00 / 05.03.2023
Sirkdə heyvanların anidən aqressivləşməsinin səbəbi MƏLUM OLDU
Hazırda oxunan: Sirkdə heyvanların anidən aqressivləşməsinin səbəbi MƏLUM OLDU
Hazırda oxunan: Sirkdə heyvanların anidən aqressivləşməsinin səbəbi MƏLUM OLDU
123844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.