Hipermarketə hücum edən şəxs “Tarqovı”da ZƏRƏRSİZLƏŞDİRİLDİ – Hadisə yerindən VİDEO 

Hipermarketə hücum edən şəxs “Tarqovı”da ZƏRƏRSİZLƏŞDİRİLDİ – Hadisə yerindən VİDEO 

Hazırda oxunan: Hipermarketə hücum edən şəxs “Tarqovı”da ZƏRƏRSİZLƏŞDİRİLDİ – Hadisə yerindən VİDEO 

123834

Xəbər verildiyi kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı hücum törətməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.

Bizim.Media xəbər verir ki, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərən şəxs Səbail rayonu H.Z.Tağıyev küçəsində zərərsizləşdirilib.

Sosial şəbəkələrdə hadisə yerinin video görüntüləri yayılıb.

Qeyd edək ki, bu gun günorta saatlarında Bakıda marketdə silahlı atışma olub. Hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Hadisə nəticəsində Həsənov Rüfət Rahib oğlu ölüb, 2 şəxs isə xəsarət alıb. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisəni törədən şəxslərin avtomobildəki pulları da oğurladığı deyilir.

Həmin görüntüləri təqdim edirik:
 

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO