Rəşad Dağlı məhkəməyə gətirildi - VİDEO

Rəşad Dağlı məhkəməyə gətirildi - VİDEO

Hazırda oxunan: Rəşad Dağlı məhkəməyə gətirildi - VİDEO

123753

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılır. 

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, Rəşad Dağlı hazırda Qaradağ Rayon Məhkəməsinə gətirilib. 

Təqdimata hakim Gülnar Aslanova baxır. 

Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur. 

Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. 

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib. 

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO