Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb

Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb

Hazırda oxunan: Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb

123735

Martın 3-də saat 22 radələrində 2003-cü il təvəllüdlü Səfər İsmayılovun bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması barədə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bildirilir ki, dərhal polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində aralarında yaranan münaqişə zamanı S.İsmayılova bıçaqla xəsarət yetirən 2007-ci il təvəllüdlü Y.İ şübhəli şəxs qismində saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO