Nəfəs Vəfaya görə Zeynəblə DÜŞMƏN OLDU - VİDEO 

Nəfəs Vəfaya görə Zeynəblə DÜŞMƏN OLDU - VİDEO 

Hazırda oxunan: Nəfəs Vəfaya görə Zeynəblə DÜŞMƏN OLDU - VİDEO 

123734

“Beynimdə küsə bilərəm, amma qəlbimdə küsməmişəm. Zeynəb Həsənidən, dostumdan küsmüşəm. Aramızda anlaşılmamazlıq, söz-söhbət oldu”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nəfəs qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.  

Sənətçi keçmiş duet ortağı Zeynəb Həsəni ilə dostluq bağlarının qırıldığını açıqlayıb.  

“Vəfa xanım verilişlərin birində qonaq olduğu zaman bir cümlə işlətdi ki, Nəfəs Zeynəbə “Leyli” mahnısı ilə dəstək olub. Amma onun bu sözü qalmaqala səbəb oldu. Vəfadan yox, Zeynəbdən ona görə küsmüşəm ki, məni anlamadan, dinləmədən, sözləri ilə qəlbimə dəydi. Qəlbimi qıran sözlər söylədi. Bu sənətdə Zeynəb Həsəni illərdir var, amma mən yeniyəm. Onun səsi və sənəti haqda heç bir söz demərəm. Dostluq edəndə qadında olsam, mərdcəsinə dostluq edirəm.

Dostluğum bir kəlimə ilə bitə bilməz”, - deyə Nəfəs vurğulayıb.  

Qeyd edək ki, bir müddət əvvəl Zeynəb Həsəni qonaq olduğu “7 canlı” axşam şousunda həmkarı Vəfa Şərifovanı Nəfəslə duet oxuduğuna görə, “ağ yuyub, qara sərib”. Buna səbəb isə Vəfanın Nəfəsə “Zeynəblə duet oxuyacaqsansa, mənimlə oxuma” sözləri olub.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO