Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurmuş və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ş.Məmmədov Vətən Müharibəsi iştirakçısı olub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu