Xocalı soyqırımına dair xarici dövlətlər və təşkilatların qəbul etdiyi rəsmi sənədlər - SİYAHI

Xocalı soyqırımına dair xarici dövlətlər və təşkilatların qəbul etdiyi rəsmi sənədlər - SİYAHI

Hazırda oxunan: Xocalı soyqırımına dair xarici dövlətlər və təşkilatların qəbul etdiyi rəsmi sənədlər - SİYAHI

12369

Məlum olduğu kimi, Xocalı soyqırımı ilə bağlı xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəsmi sənədlər qəbul edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin saytında  həmin ölkə təşkilatların siyahısı açıqlanıb.

Xocalı qətliamı ilə bağlı rəsmi sənəd qəbul edənlər arasında ABŞ-ın 25-dən çox ştatı, Şotlandiya, Sloveniya və digər ölkələrin adları yer alıb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində  azərbaycanlılara qarşı soyqırım törədilib.

Etnik təmizləmə siyasəti nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 Xocalı sakini qətlə yetirilib.

8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb.

Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bizim.Media















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO