Gəncədə mağazadan içərisində küllü miqdarda pul olan seyf OĞURLANDI 

Gəncədə mağazadan içərisində küllü miqdarda pul olan seyf OĞURLANDI 

Hazırda oxunan: Gəncədə mağazadan içərisində küllü miqdarda pul olan seyf OĞURLANDI 

123683

Gəncədə tanınmış mağazalardan birində quldurluq hadisəsi baş verib. Səhər erkən saatlarda naməlum şəxs və ya şəxslər “Megastore” supermarketinə gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetiriblər.

DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, gözətçiyə xəsarət yetirdikdən sonra cinayətkarlar onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq, əməllərini davam etdiriblər:

“İlkin məlumata görə hadisəni törədən cinayətkar mağazada içində 157 151 manat, 6040 dollar və 18 100 rubl olan seyfi götürərək qaçıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO