2019-cu ildən rəsmi olaraq tamaşaçı üzünə həsrət qalan, eksponatları yeşiklərdə qalıb bədii tərtibat işləri görülməyən ölməz dramaturqumuz Cəfər Cabbarlının Xızıdakı ev muzeyinin, axır ki, bəxti açıldı.
Muzeyin direktoru Həcər Rəsulova Bizim.Media-ya məlumat verib ki, mədəniyyər naziri vəzifəsini icra edən Adil Kərimli mədəniyyət müəssisələrini gəzərkən Xızıya da baş çəkib:
"Adil müəllim bizim muzeyə də gəldi. Problemlərimizlə ətraflı maraqlandı. Bədii tərtibat işləri ilə bağlı öz tapşırıqlarını verdi. Nazir gedəndən sonra nazirliyin nümayəndələri gəldilər. Eksponatlara bir daha baxış keçirdilər, siyahıya aldılar. Demək olar ki, eksponatlara bədii tərtibat verilməsi ilə bağlı ilkin hazırlıq işlərinə artıq başlanılıb".
C.Cabbarlı muzeyinin direktoru Həcər Rəsulova yanvar ayında muzeyin damını güclü külək uçurduğu zaman da nazirin dərhal reaksiya verdiyini, onun tapşırığı ilə bir gün ərzində myzeyin damının bərpa edildiyini də xatırladıb.
Qeyd edək ki, C.Cabbarlının Xızıdakı ev muzeyinin təmirdən sonra illərdir bədii tərtibat işlərinin görülməməsini Bizim.Media dəfələrlə ictimailəşdirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 04.03.2023
Cəfər Cabbarlının ev muzeyi ilə bağlı SON VƏZİYYƏT – Adil Kərimli hansı göstərişi verib?
Hazırda oxunan: Cəfər Cabbarlının ev muzeyi ilə bağlı SON VƏZİYYƏT – Adil Kərimli hansı göstərişi verib?
Hazırda oxunan: Cəfər Cabbarlının ev muzeyi ilə bağlı SON VƏZİYYƏT – Adil Kərimli hansı göstərişi verib?
123661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.