Kirayə ev bazarında VƏZİYYƏT – Bayramda hansı bölgələrdə BAHALAŞMA OLACAQ?

Kirayə ev bazarında VƏZİYYƏT – Bayramda hansı bölgələrdə BAHALAŞMA OLACAQ?

Hazırda oxunan: Kirayə ev bazarında VƏZİYYƏT – Bayramda hansı bölgələrdə BAHALAŞMA OLACAQ?

123628

“Novruz bayramı günlərində Azərbaycana turistlərin gəlməsi mənzil kirayə bazarında qiymətlərə elə də təsir etməyəcək”.

Bu barədə Bizim.Media-ya Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbçilərə verilən kirayə pulu artırılacaq?


O bildirib ki, bayramlarda bu cür tendensiyalar əvvəllər də müşahidə olunub, amma bu, bütövlükdə kirayə mənzil bazarında orta qiymətlərə təsir göstərmir: 

“Bayram vaxtı gələn turistlər daha çox günlük kirayə məqsədləri üçün istifadə olunan mənzillərə üstünlük verirlər. Həmin mənzillərin kirayə qiymətləri olduqca yüksəkdir və demək olar ki, aylıq kirayə bazarına təklif olunmur. Bu proses də mövcud sərhəd qapanmalarından dolayı ancaq daxili turizmin şərtləri ilə əsasən regionlarda baş verir. Qəbələ-Şəki, Gəncə-Göygöl, Quba-Qusar ərazilərində günlük kitayələrdə artma müşahidə olunur”. 

R.Osmanlı vurğulayıb ki, ümumilikdə hazırda Azərbaycan kirayə mənzil bazarında vəziyyət hələ ki, stabildir, tələb və təklif strukturunda da ciddi dəyişiklik yoxdur. 

Qonşu ölkələrlə Azərbaycanda mövcud olan kirayə qiymətlərindəki fərqə gəlincə ekspert bildirib ki, bu sahədə pandemiyadan sonrakı vəziyyəti hələ ki, tam aydınlaşdırmaq mümkün deyil: 

“Pandemiyadan sonra regionda o qədər ciddi hadisələr baş verib ki, bu, mənzil kirayə bazarlarına da təsirini göstərir. Biz elə hesab edə bilərik ki, Bakı şəhərində kirayə qiymətləri həddən artıq yüksəkdir və belə qiymətlər regionda yoxdur. Bu, belə deyil. Gürcüstanın paytaxtı ilə müqayisə aparsaq, Tiflisin mərkəzində kirayə qiymətləri Bakıda olan qiymətlərdən 2 dəfə yüksəkdir. Tiflisə turist axını daha çoxdur.

 Eyni zamanda, orda kirayə mənzil bazarının genişlənməsi Bakı ilə müqayisədə daha aşağıdır. Bakıda şəhərsalma prosesi daha sürətlə gedir. Bu baxımdan, Tiflisdə kirayə qiymətlərinin artması daha çox müşahidə olunur. 

Ümumi baxanda, Bakıda kirayə qiymətləri son illərdə artan tendensiya ilə davam edib, amma bu dünyada gedən ümumi bahalaşma, ekonomik siyasətlə bağlıdır. Hələ ki, region ölkələrinin paytaxtları ilə müqayisədə qiymətlər qismən uyğundur”.

Aygün İbrahimli. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO