Britni Spirs 10 milyonluq malikanəsini SATDI – FOTO

Britni Spirs 10 milyonluq malikanəsini SATDI – FOTO

Hazırda oxunan: Britni Spirs 10 milyonluq malikanəsini SATDI – FOTO

123527

Dünya pop səhnəsinin ulduzu Britni Spirs ona keçmişi xatırladan hər şeydən xilas olmaq qərarına gəlib. O, həyatına sıfırdan başlamağı planlaşdırdığı yeni malikanəyə sahiblənib. 

Bizim.Media “Dirt” nəşrinə istinadən xəbər verir ki, sənətçi yaşadığı malikanəsini o qədər bəyənməyib ki, hətta buna görə potensial alıcıya güzəştə gedib. 

O, 12 milyon dollarlıq əmlakını cəmi 10 milyon dollara satıb. 

Rahatlıq və dincliyə can atan müğənninin bu malikanədə özünü yersiz hiss etməsi təəccüblü deyil.

Belə ki, malikanə çox böyükdür. Los-Ancelesin “Thousand Oaks” bölgəsində yerləşən evin sahəsi 1000 kvadrat metrdir. Əsas binanın içərisində yeddi yataq otağı və doqquz vanna otağı var. 
Əlavə olaraq, on tamaşaçı üçün kinoteatr, bar və idman zalı da var. Bundan əlavə, yaxınlıqda qonaq evi, beş maşınlıq qaraj, hovuz və spa zonası var. 












Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO