London-İslamabad reysinin təyyarəsi Bakıya təcili ENİŞ ETDİ

London-İslamabad reysinin təyyarəsi Bakıya təcili ENİŞ ETDİ

Hazırda oxunan: London-İslamabad reysinin təyyarəsi Bakıya təcili ENİŞ ETDİ

123518

“Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 07:37-də Bakı hava limanında uğurla eniş edib. Qeyd edək ki, son 12 saat ərzində bu, Bakı hava limanına təcili eniş edən ikinci təyyarədir.
Martın 2-də axşam saatlarında Banqkok-Amsterdam marşrutu üzrə hərəkət edən "Boeing 787” təyyarəsinin göyərtəsində sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən “EVA Air” aviaşirkəti həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO