"Arsenal"ın yay transferi planı

Hazırda oxunan: "Arsenal"ın yay transferi planı

123461

"Arsenal" yayda heyətini ciddi şəkildə güclənmək niyyətindədir.

Bizim.Media "The Times" nəşrinə istinadən xəbər verir ki, klub növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanacağına ümid edir.

Ona görə də London təmsilçisinin baş məşqçisi Mikel Arteta iki yarımmüdafiəçi, bir cinah və bir sol cinah müdafiəçisi ilə müqavilə imzalamaq istəyir.

Bundan əlavə, "Arsenal" yeni tansferləri oyunçuların satışı hesabına qismən maliyyələşdirməyə hazırdır. Kiran Tirni, Albert-Mboyo Lokonqa və Nunu Tavareş yolları ayrılmağa ilk namizədlərdir.

Qeyd edək ki, "Arsenal" Premyer Liqada hazırda 60 xalla liderdir.

Komanda ən yaxın izləyicisi "Mançester Siti"ni 5 xal qabaqlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO