İranda 26 qız məktəbinə kimyəvi hücum EDİLDİ

İranda 26 qız məktəbinə kimyəvi hücum EDİLDİ

Hazırda oxunan: İranda 26 qız məktəbinə kimyəvi hücum EDİLDİ

123456

Dünən İranda 26 qız məktəbinə kimyəvi hücum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.

Məktəblərin şəhərlər üzrə siyahısı:

Tehran - 15 məktəb;
Ərdəbil - 6 məktəb;
Kermanşah - 2 məktəb;
İsfahan - 2 məktəb;
Məşhəd - 1 məktəb;
Şahinşəhr - 1 məktəb.

Qeyd edək ki, bu günədək İranın müxtəlif əyalətlərindən 900-ə yaxın şagird zəhərlənib. Hadisələrin hamısı qız məktəblərində baş verib. İlk fakt ötən ilin noyabrında Qumda qeydə alınıb.

Bildirilən zəhərlənmələr, həm də qonşu Əfqanıstandakı Talibanın məktəbləri, universitetləri qızlar və qadınlar üçün qapalı saxlamağa davam etdiyi, onların təhsil almasına qadağa qoyduğu bir vaxta təsadüf edir.
Həmçinin Britaniyanın “Daily Telegraph” qəzetinin verdiyi məlumatda bildirilir ki, iranlı qızları məktəbə buraxmamaq üçün molla rejiminin məmurları  qəsdən onları zəhərləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO