Hündür binalara qadağa təklifinə MEMARDAN CAVAB – “Mərtəbə sayının zəlzələyə heç bir dəxli yoxdur”

Hündür binalara qadağa təklifinə MEMARDAN CAVAB – “Mərtəbə sayının zəlzələyə heç bir dəxli yoxdur”

Hazırda oxunan: Hündür binalara qadağa təklifinə MEMARDAN CAVAB – “Mərtəbə sayının zəlzələyə heç bir dəxli yoxdur”

123447

Türkiyədə böyük dağıntılarla müşahidə olunan ardıcıl zəlzələlərdən sonra ölkəmizdə də binaların seysmik təkanlara davmalılığı məsələsi geniş müzakirələrə səbəb olub. Xüsusilə də, hündürmərtəbəli binalarla bağlı cəmiyyət arasında fikirlər heç də birmənalı deyil.

Milli Məclisin deputatı Vahid Əhmədovun fevralın 1-də səsləndirdiyi fikirlər isə sözügedən mövzunu yenidən aktuallaşdırıb. Belə ki, millət vəkili yüksəkmərtəbəli binaların tikintisi ilə bağlı yeni qaydaların hazırlandığını qeyd edib.

Vahid Əhmədovun sözlərinə görə, hazırlanan plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binaların tikilməsinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulur.

Bəs, binaların mərtəbə sayının zəlzələyə davamlılıq baxımından ciddi təsirləri varmı?

Sualı Bizim.Media üçün cavablandıran tanınmış memar, professor Cahid Həsənov qeyd edib ki, Bakı şəhəri ərazisində bundan sonrakı dövrdə yalnız doqquz mərtəbəyədək tikililərə icazə veriləcəyi ilə əlaqədar, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də digər rəsmi qurumlar tərəfindən belə bir qərarın olması və ya olacağı bildirilməyib:

“Ümumilikdə isə, seysmik təkanlardan söhbət gedirsə, binanın hündürlüyünün az və ya çox olmasının zəlzələyə davamlılıqla əlaqəsi yoxdur. Əsas amil tikintidə istifadə olunan konstruksiyaların keyfiyyətinin yüksək olmasıdır. Müasir dünyada şəhərlərdə, xüsusilə, paytaxtlarda 20, 50, hətta daha yüksək mərtəbəli binalar tikilir və tikiləcək də. Bina 9, və ya 5 mərtəbəli olsun, bunun fərqi yoxdur. Əgər tikinti materialları keyfiyyətlərə cavab verirsə, deməli 5 və 9 mərtəbədən yüksək binaların tikilməsinə yasaq qoyulmalıdır? Digər tərəfdən standart doqquz mərtəbələr olması haqqında qərar sovetlər dönəmindəki standartların qayıtmasına səbəb ola bilər”.

Memar binanın hündürlüyü məsələsində ərazi quruluşunun önəmindən də söz açıb:

“Bakının bir ərazisində doqquz, digərində 17, başqa bir bölgəsində isə 40 mərtəbəli binalar belə tikilə bilər. Memarlıq və şəhərsalmanı bu cür standartlarla dar inkubator səviyyəsinə salmaq olmaz. Əksinə, mərtəbə sayı fərqli binalar şəhərə gözəllik bəxş edir, onu rəngarəngləşdirir. Təbii ki, bina davamlığı mərtəbə sayı ilə müəyyənləşməməli, keyfiyyət tələb olunan normalara uyğun olmalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO