Beyləqanda toyda zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

Beyləqanda toyda zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Beyləqanda toyda zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

123432

Beyləqan rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, xəstəxanaya daxil olan 21 nəfərin hər birinə zəruri tibbi xidmət göstərilib.

Qeyd edilib ki, onların vəziyyətləri qənaətbəxş hesab olunur, ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, Beyləqanda toyda kütləvi zəhərlənmə olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirib ki, ötən gün Beyləqan rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı bir qrup rayon sakininin qidadan zəhərlənməsi barədə Beyləqan RPŞ-yə məlumat daxil olub.
Faktla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO