BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gəlib

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gəlib

Hazırda oxunan: BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gəlib

123303

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə BMT rəsmisi "Twitter" hesabında məlumat verib.

"Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev tərəfindən səmimi qarşılandım. Azərbaycanın məlumatlara, dəlillərə və elmə əsaslanan ağıllı enerjiyə keçidindən çox təsirləndim. Yaşıl enerji transformasiyasında liderlik edən ölkəyə səfər etməkdən məmnunam" - deyə o, paylaşımında qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO