Ukraynalı deputatların Bakı görüşləri davam edir - FOTO 

Ukraynalı deputatların Bakı görüşləri davam edir - FOTO 

Hazırda oxunan: Ukraynalı deputatların Bakı görüşləri davam edir - FOTO 

123262

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri davam edir. 

Bizim.Media xəbər verir ki, parlamentlərarası dostluq qrupunun həmsədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan ibarət nümayəndə heyəti bu gün Ticarət və Sənaye Palatasının vise-prezidenti Nazim Tatlıyevlə görüşüb.  

Söhbət zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsi, Azərbaycan özəl sektorunun Ukrayna iqtisadiyyatına sərmayə yatırması və Ukrayna şirkətlərinin işğaldan azad olunmuş torpaqlarımızın bərpasında iştirak etməsi kimi məsələlər müzakirə mövzusu olub. 
Ukraynalı millət vəkilləri Ukrayna Ali Radanın sədri Ruslan Stefançukun adından Ukrayna xalqına humanitar məsələlərinin həllində və digər sahələrdə yaxından kömək olan bütün Azərbaycan vətəndaşlarına minnətdarlıq ifadə ediblər. 

Daha sonra nümayəndə heyəti Ukraynanın Azərbaycandakı səfirilə birgə Bakıdakı Ukrayna Mərkızinı baş çəkərək onların fəaliyyətilə tanış olublar.

Qeyd edək ki, 2021-ci ildə açılmış Ukrayna Evində Ukrayna dilinin tədris olunduğu siniflər fəaliyyət göstərir. Məqsəd Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə vermək, Ukrayna dilinə Azərbaycanda maraq yaratmaqdır. 
Qeyd edək ki, ukraynalı deputatların nümayəndə heyəti üç gündür Bakıda  səfərdədirlər. Onlar xarici işlər nazirliyində, nəqliyyat və rəqəmsal inkişaf nazirliyində, eləcə də, Milli məclisdə görüşlər keçirmişlər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO