AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 

AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 

Hazırda oxunan: AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 

123258

AFFA İcraiyyə Komitəsinin martın 7-də keçiriləcək növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb. 

Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər; 

2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrıması; 

Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi; 

AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi; 

AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinin təsdiqi;

Yoxlama və Təftiş Komitəsinin hesabatı; 

Birinci Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi; 

Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi; 

Birinic Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi; 

2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi; 

Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı federasiya rəhbərliyinin məlumatı; 

Digər məsələlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO