Yüksək Liqada 4-cü dövrə bu tarixdə başlayacaq

Yüksək Liqada 4-cü dövrə bu tarixdə başlayacaq

Hazırda oxunan: Yüksək Liqada 4-cü dövrə bu tarixdə başlayacaq

123187

Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. 

Bizim.Media xəbər verir ki, dördüncü dövrənin oyunlarına martın 2-də və 3-də start veriləcək. Martın 2-də qadın voleybolçular arasında Yüksək Liqada 10-cu turun oyunları keçiriləcək.

Həmin gün ilk olaraq meydana “Azərreyl” və “Murov” klubları çıxacaq. Görüş saat 16:00-da başlanacaq. Turun növbəti qarşılaşmasında isə “Abşeron” və UNEC üz-üzə gələcək. Bu oyunun start fiti isə saat 18:00-da çalınacaq.
Kişi voleybolçular arasında Yüksək Liqada 10-cu turun oyunları martın 3-də keçiriləcək. Voleybol Mərkəzində təşkil ediləcək turun ilk matçı saat 16:00-da “Neftçi” və “Murov” komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK – “Xarı bülbül” dueli start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO