Almaniyalı alim: “Qarabağ heç vaxt erməni idarəçiliyində olmayıb”

Almaniyalı alim: “Qarabağ heç vaxt erməni idarəçiliyində olmayıb”

Hazırda oxunan: Almaniyalı alim: “Qarabağ heç vaxt erməni idarəçiliyində olmayıb”

123186

Fevralın 5-də müxbir Nina Niberqallın Almaniyanın ictimai televiziyası Z”weites Deutsches Fenrsehen” - ZDF-in rəsmi internet səhifəsində Qarabağ məsələsinə həsr olunmuş qərəzli və təhriflərlə dolu məqaləsi dərc edilib. Almaniyalı alim, fəlsəfə elmləri doktoru, “Şuşanın irsi” və “Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” kitablarının müəllifi Mixael Reynhard Hess həmin məqaləyə oxucu kimi etirazməktubu yazaraq onu özünün feysbuk hesabında paylaşıb və ZDF-ə ünvanlayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, almaniyalı alim bununla bağlı yazır:

“ZDF-in müxbiri Nina Niberqall məqaləsində Qarabağ probleminə toxunub. Demək olar ki, bütün alman mediası kimi, bu ictimai yayımçı da ardıcıl olaraq,münaqişənin mahiyyəti və genezisi ilə bağlı erməni nöqteyi-nəzərindən çıxış edir.

Müəllifin qərəzliliyi “Əsasən ermənilərin məskunlaşdığı ərazi vaxtilə - XIX əsrin əvvəllərində Rusiya Çar imperiyasının tabeliyinə keçməmişdən əvvəl erməni məliklərinin hakimiyyəti altında olub” cümləsindən də aydın görünür.

Cənab Hess yazır ki, buna dair sübutları çox güman yalnız ermənilər tərəfindən yazılmış tarix dərsliklərində tapmaq olar. Qarabağ bəyliklərinin Beşlər Konfederasiyası – Xəmsə (ərəb-fars-Azərbaycan mənşəli söz) kimi də tanınan məlikliklər regional birlik, xüsusən Səfəvilər sülaləsinin süqutu (1736) ilə Nadir şahın ölümü (1747) arasındakı siyasi cəhətdən olduqca gərgin dövrdə, təxminən 1750-ci ildə Qarabağ xanı xırda bəylikləri özünə tabe etməzdən əvvəl müəyyən lokal və müvəqqəti gücə malik olmuşdur. Təxminən 1747-ci ildə əsası qoyulmuş, əraziləri sonradan "Dağlıq Qarabağ Muxtar Vilayəti"nə (DQMV) çevrilən Qarabağ xanlığı Rusiya tərəfindən de-fakto (1806) və de-yure (1822) ləğv edilənə qədər müstəqil dövlət kimi mövcud idi, hökmdarları isə müsəlman idilər və azərbaycanca danışırdılar.

ZDF-in xanım müxbiri Səfəvilər (həm də müsəlman türkdilli sülalənin) hakimiyyətininin uzunmüddətli dövrünü (1501-1736), eləcə də bu ərazinin əsrlərdən bəri indiki azərbaycanlıların dil əcdadları tərəfindən formalaşdırıldığını inkar edir.
Beləliklə, Niberqall erməni tarixşünaslığında geniş yayılmış, “erməni” idarəçiliyinin uzaq, lokal məhdud, müvəqqəti və çox vaxt əhəmiyyətsiz mərhələlərinin uzunmüddətli və dərin kökləri olan Azərbaycan-müsəlman hakimiyyəti mərhələlərindən qeyri-mütənasib şəkildə yüksək qiymətləndirildiyi anaxronizm strategiyasını davam etdirir.

ZDF-in reportajında çox qəribə və yanlış bir fikir də var: "Sovet İttifaqının yaranması ilə ərazi bölündü. 1923-cü ildə bir hissəsi Azərbaycan Sovet Respublikasına keçdi, onun özəyi muxtar vilayət oldu". Kontekstdən belə çıxır ki, “ərazi” “Dağlıq Qarabağ”a məxsus olmalıdır. Əgər sitat gətirilən cümlə düzgündürsə, o zaman “Dağlıq Qarabağ” Sovet İttifaqı yarandıqdan sonra (1922) bölünməli, bölünmüş ərazinin bir hissəsi isə “muxtar vilayət”ə çevrilməli idi.

Əslində isə Dağlıq Qarabağ Muxtar Vilayəti (yaxud Muxtar Vilayət) 1921-1923-cü illər arasında bölünməyib, ilk dəfə yaradılıb. Özü də nə bu muxtar vilayətin bir hissəsi, nə də onu əhatə edən ərazilərin heç biri Azərbaycan Sovet Respublikasına “keçməyib”, onların hamısı həmişə Azərbaycan Sovet Respublikasının və ya onun sələfi - Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) tərkibində olub. Xanım Niberqallın tezisləri özü-özünü təkzib edir.

Ciddi səhvlər və tutarsız tezislər arasında bu faktı da qeyd etmək olar ki, Ruben Vardanyanın “Dağlıq Qarabağ”ın “dövlət naziri” adlandırılması yalnız bir xəyali arzu ola bilər, çünki Niberqall ən azı başqa bir yerdə düzgün olaraq “Dağlıq Qarabağ” “dövləti”nin nə əvvəllər, nə də indi mövcud olmadığını, onu hətta Ermənistanın özünün belə tanımadığını göstərir. Axı olmayan dövlətin “dövlət naziri” necə ola bilər?
ZDF-nin cənab Vardanyanı saxta “dövlət prezidenti” epiteti ilə “hədiyyələndirməsi”, Putinin müharibəsindən sonra yəqin ki, Qarabağdakı separatçılıq yuvasında özünə yeni iş tapmaq üçün Rusiyanı tərk edən bu rus-erməni biznesmenin keçmişi  haqqında bir söz deməməsini də buraya əlavə etsək, mənzərə tam aydınlaşar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO