Ölkədə ilk veb-sayt nə vaxt və necə yaradılıb?

Ölkədə ilk veb-sayt nə vaxt və necə yaradılıb?

Hazırda oxunan: Ölkədə ilk veb-sayt nə vaxt və necə yaradılıb?

123178

“İnformasiya Texnologiyaları İnstitutu elmi fəaliyyətlə məşğul olmasına baxmayaraq, mahiyyəti etibarilə mediaya çox yaxındır. Azərbaycanda ilk dəfə internetə çıxış məhz bu institutda həyata keçirilib, bununla da ölkə mediasının inkişafında yeni səhifə açılıb”.

Bizim.Media xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev deyib. 

O bildirib ki, ölkədə ilk veb-sayt olan science.gov.az 1995-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılıb: 

“Bu saytın fəaliyyətə başlaması “Əkinçi” qəzeti, televiziya və radiodan sonra daha bir tarixi mərhələnin əsasını qoydu. Azərbaycanın elektron “Əkinçi”si hesab olunan bu portal ölkəmizdə ilk internet-jurnalistika məktəbidir”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO