Mədəniyyət nazirinin yeni müşavirindən ÖZƏL AÇIQLAMA: “Gözlənilməz oldu”

Mədəniyyət nazirinin yeni müşavirindən ÖZƏL AÇIQLAMA: “Gözlənilməz oldu”

Hazırda oxunan: Mədəniyyət nazirinin yeni müşavirindən ÖZƏL AÇIQLAMA: “Gözlənilməz oldu”

123173

Xəbər verdiyimiz kimi, Əməkdar artist Əmirbəyli Oleq Arnoldoviçə vəzifə verilib. O, Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə nazir müşaviri vəzifəsinə təyin olunub. 

Təyinatla bağlı Bizim.Media-nın əməkdaşı O.Əmirbəyli ilə əlaqə saxlayıb. 

Nazirin yeni müşaviri bildirib ki, çalışdığı müddətdə teatr sahəsində və inkişafında yeni işlər görəcək: 

“Bu təyinatla bağlı Adil müəllimə dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük çağırış idi, amma paralel olaraq həm də yeni imkanlardır. Xüsusilə teatr sahəsində görüləsi işlər çoxdur. Biz çalışacağıq ki, bu sahənin inkişafı üçün addımlar atıb, yeni işlər görək. Biz yaxın zamanda Adil müəllimlə görüşüb daha ətraflı danışacağıq. Adil müəllimlə aramızda bu barədə danışıqlar olmuşdu. Teatr və mədəniyyətlə bağlı fikirlərimi öyrənmək üçün məni dəvət etmişdilər. Amma yenə də mənim üçün gözlənilməz oldu. Çalışdığım Səməd Vurğun adına Akademik Rus Dram Tetrının kollektivi və həmkarlarım zəng vurub məni təbrik etdilər”. 

“Mədəniyyət naziri səlahiyyətlərini icra edən Adil Kərimli rəhbər gətiriləndən sonra işdən çıxarılanlar var, həmçinin nazirlikdə yeni kadr təyinatları olub. Siz də yeni təyin olunmusunuz.

Mədəniyyət sahəsində hansı yeni işləri görməyi düşünürsünüz?” sualına O.Əmirbəylinin cavabı belə olub: 

“Təyinatlar olur, görünür bu proses davam edəcək. Konkret bir konsepsiya üzərində fikirləşməli, müzakirələr aparmalıyıq. Bundan sonra nələrsə demək mümkün olacaq. İnsanların teatra olan marağı artmalı, yüksək olmalıdır. Bunun həyata keçirilməsi üçün müəyyən işlər görülməlidir. Düşündüklərimizi tətbiq edəcəyik”. 

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO