Məcburi köçkünlərin yaşadığı binada yanğın oldu

Məcburi köçkünlərin yaşadığı binada yanğın oldu

Hazırda oxunan: Məcburi köçkünlərin yaşadığı binada yanğın oldu

12316

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO