Prezident:

Prezident: "Qələbəmizdə mübarizlik hissi mühüm rol oynayıb"

Hazırda oxunan: Prezident: "Qələbəmizdə mübarizlik hissi mühüm rol oynayıb"

123086

"Azərbaycan və Kuba xalqlarının azadlıq uğrunda mübarizlik əzmləri oxşar cəhətlərdəndir. Xalqımız işğal və təcavüzlə heç zaman barışmayıb, öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad edib".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək”


Dövlət başçısı Kuba xalqının azadlıq uğrunda mübarizədə bütün məhrumiyyətlərə dözdüyünü dünyaya sübut etdiyini bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, bizim Qələbəmizdə də Kuba xalqında olduğu kimi, mübarizlik hissi mühüm rol oynayıb və bu oxşarlıq xalqlarımızı bir-birinə daha da bağlayır.

Qonaq isə öz növbəsində ölkəsinin illər ərzində blokadaya məruz qaldığını, amma Kuba xalqının mübarizə və azadlıq əzminin tükənmədiyini vurğulayıb, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO