Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə GÖRÜŞDÜ - FOTO 

Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə GÖRÜŞDÜ - FOTO 

Hazırda oxunan: Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə GÖRÜŞDÜ - FOTO 

123069

FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli assosiasiyanın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, görüşdə FIFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, FIFA-nın dəstəyi ilə Azərbaycanda həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb. 

R.Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FIFA prezidentinə məlumat verib.

Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər. FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov görüşdə iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO