Bakıda temperatur iqlim normasından 6 dərəcə yüksək olub

Bakıda temperatur iqlim normasından 6 dərəcə yüksək olub

Hazırda oxunan: Bakıda temperatur iqlim normasından 6 dərəcə yüksək olub

123056

“Hazırda ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir. Temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur. Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib”. 

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, fevralın son günlərində havanın mülayim keçməsi yazın gəlişinin müjdəsidir. 

Xidmət rəisi qeyd edib ki, həmçinin keçən il də Od çərşənbəsində temperatur iqlim normasından 6 dərəcə yüksək müşahidə olunub. 

“Bu il Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 17-19 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Od çərşənbəsi bu il ölkə ərazisində əsasən sabit, yağmursuz, dumanlı hava şəraiti ilə səciyyələnir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO