Moskvada qaz stansiyasının yaxınlığına PUA DÜŞDÜ

Moskvada qaz stansiyasının yaxınlığına PUA DÜŞDÜ

Hazırda oxunan: Moskvada qaz stansiyasının yaxınlığına PUA DÜŞDÜ

123031

Moskva vilayətində qaz stansiyasının yaxınlığına Pilotsuz Uçuş Aparatı (PUA) düşüb. 

Bizim.Media xəbər verir ki, dron Kolomna rayonunda yerləşən qaz stansiyasına düşüb.

Qəza nəticəsində partlayışın baş vermədiyi bildirilib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Kolomna yaxınlığında məqsədi infrastruktur obyekti olan PUA-nın düşdüyünü təsdiqləyib. 

“Bu, Qubastovo kəndi yaxınlığında baş verib, ehtimal ki, hədəf mülki infrastruktur obyekti olub, mülki infrastruktur zədələnməyib. Tələfat və dağıntı yoxdur”, - deyə qubernator bildirib.
“Mash” Teleqram kanalı PUA-nın Moskva vilayətinin Kolomna rayonundakı Voskresensk qaz-kompressor stansiyasından 100 metr kənara düşdüyünü yazıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO